ASK-nın nümayəndəsi EBRD-nin sertifikanı alıb

12.10.2015

ASK-nın nümayəndəsi EBRD-nin sertifikanı alıb

Cari ilin oktyabr ayının 7-9-da JW « Mariott »   otelində Avropa İnkişaf və Yenidənqurma Bankı (EBRD) tərəfindən Fransanın uiversitetindən dəvət olunmuş professorun iştirakı ilə Kiçik və Orta Biznes üçün İxracat üzrə konsaltinq xidmətinin üsulları və metodları mövzusunda intensiv təlimlər təşkil edilmişdir. Təlimlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov  ilə yanaşı, “AzPromo”-nun, ölkəmizin biznes aləminin tanınmış şirkətlərinin “təmsilçiləri, biznesə dəstək qurumlarının nümayəndələri iştirak etmişlər. Təlimlərdə strateji ixracat planının hazırlanması, şirkətin ixracata hazırlığı səviyyəsinin dəyərləndirilməsi, marketinq elementlərinin təhlili, üsulları, seqment və yerin seçilməsi, ixracat üzrə mənfəətin hesablanması və s. üzrə mövzular nəzərdən keçirilmiş və təlimlərdə müvəffəq olmuş iştirakçılara, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsinə EBRD-nin müvafiq sertifikatları təqdim edilmişdir.