
Oktyabrın 19-da Ukraynanın Odessa şəhərində Avropa Palatalar Assosiasiyasının (EUROCHAMBRES) təşkilatçılığı ilə Şərq İnvest 2 layihəsinin icra komitəsinin iclası keçirilmişdir.
İclasda iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Elnur Ələkbərov layihənin fəaliyyət planının təqdimatını etmişdir. Əsas məqsəd, görüləcək işlər və gözlənilən nəticələr təqdimatda öz əksini tapmışdır.
Tədbir bilavasitə “Şərq İnvest” Avropa Komissiyasının təşəbbüsü və Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının idarəçiliyi ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.
Elnur Ələkbərov həmçinin, 20 oktyabr tarixində Avropa Komissiyası tərəfindən təşkil olunan Kiçik və Orta Sahibkarlıq Panel görüşündə də iştirak etmişdir.
Avropa ittifaqının 6 ölkəsini əhatə edən Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür.