Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyası başa çatıb

07.06.2015

Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyası başa çatıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndə heyəti 2015-ci il iyun ayının 2-dən 6-na kimi İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında iştirak etmişdir.

Tədbirin gündəliyinə Baş Direktorun İnzibatı Şura sədrinin məruzələri, həmçinin kiçik və orta müəssisələr və layiqli, məhsuldar məşqulluğun yaradılması, qeyri-formal iqtisadiyyatdan formal formal iqtisadiyyata keçidin dəstəklənməsi    və s. məsələlər daxil edilmişdi.

Baş Direktorun və İnzibati Şuranın Sədrinin çıxışından sonra plenar iclas   məruzələr ətrafında maraqlı  müzakirələr davam etdirilmişdir.

Tədbirdə Azərbaycan Hökuməti nümayəndə heyəti adından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirin müavini cənab İdris İsayev çıxış edərək hökumət nümayəndələri və sosial tərfdaşlar arasındakı müntəzəm və məhsuldar münasibətdən, əmək münasibətlərinin daha da təkmilləşdirilməsi üzrə birgə aparılan tədbirlərdən, üçtərfli əməkdaşlığın  səmərəliliyinin daha da artırılması istiqamətində sosial tərəfdaşlar arasında birgə keçirilən müzakirələrdən səhbət açmışdır.

ASK-nın prezidenti Məmməd Musayev isə sessiyada iştirak edən digər ölkələrin nümayəndə  heyətləri ilə görüşərək gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Günel Yusifqızı