Fransa və Azərbaycan biznes birliyi

31.05.2016

Fransa və Azərbaycan biznes birliyi

Fransanın Reyms şəhərində Fransa və Azərbaycan biznesini bir araya gətirən tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Fransadakı nümayəndəsi kimi  Sərxan Ələkbərov da  iştirak edib.

Azərbaycan və Fransa  biznes münasibətlərinin gücləndirilməsi, Azərbaycanda investisiya imkanları, nəqliyyat və aqrar, ərzaq emalı da daxil olmaqla Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində imkanların  öyrənilməsi  tədbirin əsas məqsədini təşkil etmişdir.

Tədbirdə  ASK-nın fəaliyyəti haqqında  ətraflı məlumat verildi. Həmçinin AR-nın investisiya mühiti və imkanları, sənaye sahələrinin qlobal əhəmiyyəti, daxili və xarici investisiyaların səviyyəsinin genişləndirilməsi, təcrübə ilə bağlı informasiya mübadiləsi, karbohidrogen resurslarından asılılığı azaldan Fransa şirkətləri ilə əməkdaşlığın vacibliyi  barədə  geniş məlumat verildi.

Görüşün sonunda bir sıra fransız sahibkarları ASK-a olan maraqlarını bəyan edib, gələcəkdə birgə  layihələrdə  iştirak etmək həvəsini vurğuladılar .

Fransız sahibkarlarına Gəncədə Üzüm və Şərab nümunə Milli Festivalında keçirilməsində iştirak etmələri və eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalında  Fransız şirkətlərinin təcrübəsindən istifade  olunmasında ASK vasitəçiliyindən istifadə təklif olundu.