Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyətinin Bakıya işgüzar səfəri

04.07.2017

Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyətinin Bakıya işgüzar səfəri

Bildiririk ki, 5-6 iyul 2017-ci il tarixlərində İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri cənab Mahmudrza Şərifixahın rəhbərliyi ilə ticarət və marketinq üzrə nümayəndə heyəti Bakıya işgüzar səfər edəcəkdir.

Səfər çərçivəsində 6 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) hər iki ölkə sahibkarları ilə işgüzar görüş keçiriləcəkdir.

Sizi sözügedən tədbirdə iştiraka dəvət edirik. Görüşdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməyiniz mütləqdir.

 

Əlaqələndirici şəxs: Fərhad Osmanov

Tel: +99412 465 72 43

E-mail: [email protected]