Sahibkarların nəzərinə!

27.10.2016

Sahibkarların nəzərinə!

Ukraynanın Azərbaycan Respublikasındakı Fövqaladə və səlahiyyətli səfiri A.P.Mişenko  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə müraciət ünvanlayıb, məktubda deyilir.

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına Ukrayna Hökümətinin 2016-2017-ci illərdə  özəlləşdiriləcək dövlət müəssisələrinin yeni siyahısını təqdim  edir. Bu barədə sahibkarları  məlumatlandırmağı məqsədəuyğun hesab edirik.

Ukrayna dövlət əmlak fondu 2 il ərzində 300-ə yaxın obyekt satmağı planlaşdırır. Bunlar arasında Azərbaycan şirkətləri üçün maraq kəsb edə biləcək investisiya baxımından  cəlbedici  müəssisələr çoxdur.

Potensial investorları bu obyektlərin satışı haqqında məlumatlandırmaq  məqsədilə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Sizi  aşağıdakı materiallarla tanış olmağa dəvət edir.

Özəlləşdirmə üçün təsdiqlənmiş obyektlərin siyahısı ilə “Privatization in Ukraine 2016-2017” bukleti;

2016-cı ildə və 2017-ci ilin əvvəlində satış üçün  təklif olunan, xüsusilə cəlbedici müəssisələr haqqında məlumatı tizerləri.

Azərbaycan  tərəfinin maraqlandığı halda bütün məsələlər üzrə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin iqtisadiyyat şöbəsinə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs:

Səfirliyin müşaviri Sidyaçenko Vadim Qriqoryeviç

Tel: (012) 449 40 92

e-mail: [email protected]