Sahibkarların nəzərinə!

12.05.2015

Sahibkarların nəzərinə!

Türkiyənin Azərbaycandakı səfirliyindən Azərbaycan Sahibkarlar Konfederasiyasına  daxil olan məktuba əsasən bildiririk ki, Türkiyə G-20 Qrupunun Dövri Sədri kimi il ərzində keçirəcəyi tədbirlərə Azərbaycanı da dəvət etmişdir. Ən yüksək səviyyədə reallaşan bu dəvət Türkiyə-Azərbaycan əlaqələrinin nümunəvi cəhətlərindən birini təşkil etmişdir. Beləliklə də qardaş və eyni zamanda strateji müttəfiq olan iki ölkə bu mühüm forumda il ərzində birlikdə olacaq, qlobal problemlərin həlli yollarını birlikdə arayacaq, prosesin sonundakı Zirvə ilə əlaqədar olaraq da 2015-ci ilin noyabr ayında aramızdakı həmrəyliyi ən yüksək səviyyədə nümayiş etdirəcəklər.

Bu konteksdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİÜ) Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) və Türkiyə Respublikası Mərkəzi Bankının (TRMB) iştirakı ilə 14 may 2015-ci il tarixdə konfrans keçiriləcəkdir.

“Qlobal İqtisadi Proseslər, Türkiyə İqtisadiyyatı, Türkiyənin G-20 Qrupuna Dövri Sədrliyinin Prioritetləri və G-20 ilə Bağlı Azərbaycan Respublikasının Perspektivi, Yeni Əməkdaşlıq İmkanları” mövzusunda keçirməyi nəzərdə tutduğu konfransda TRMB Sədrinin Müavini Cənab Mehmet Yörükoğlu və AZMB Sədrinin Müavini Cənab Xəqani Abdullayev çıxış edəcəklər.

Konfrans, ADİU-nin İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən əsas binasında – “Böyük Zal”-da saat 10:30-12:20 arasında keçiriləcəkdir.

Ətraflı məlumat üçün ASK-ya müraciət edə bilərsiniz.

 

Əlaqələndirici şəxs: Nurlana Həsənova

         Tel: (012) 465 72 42/43

         E-mail: [email protected]