
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsis etdiyi “Maliyyə uçot” jurnalı 1993-cü ildən fəaliyyət göstərir və o, müntəzəm olaraq Respublikanın gələcək inkişafına əsaslandırılmış istiqamətlər verən, maliyyə və iqtisadiyyat, mühasibat uçotu, iqtisadi təhlil və audit, iqtisadiyyat və sığorta problemləri, büdcə, vergi, pul, kredit məsələlərinə həsr olunmuş elmi və təcrübəvi materialları, normativ aktları, rəsmi sənədləri, tanınmış aparıcı mütəxəssislərin bu sənədlərə dair açıqlamalarını öz səhifələrində dərc edir.
Bu jurnala abunə yazılmağınız və jurnal səhifələrində çıxış etməyiniz məqsədəuyğundur.