
Hazırda Almaniyada hisə verilmiş, duzlu və dondurulmuş balıq istehsalı üzrə aparıcı yerlərdən birini tutan alman şirkətini satın almaq imkanı var.
Şirkət 1934 – cü ildən fəaliyyət göstərir. İllik dövriyyəsi 30 mln avrodur , 400 nəfərlik personalı vardır. Məhsulunun 80 % Almaniyada satılır , 4 əsas brend üzrə işləyir , çox tanınmış alıcıları vardır. “Aldi” və “Netto” kimi mağaza şəbəkələrinin təqdim etdiyi keyfiyyət sertifikatları mövcuddur. Hisəvermə texnologiyası fıstıq odunları üzərində olan “köhnə” , sınanmış texnologiyadan ibarətdir , xammal kimi diri balıqdan istifadə olunur. İstehsal obyektləri 3 ölkədədir : Almaniya , Polşa , Türkiyə.
Şirkət səhmlərinin 75 % ni satmağa hazırdır. Coğrafi və həcm baxımından biznesin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Belə ki , şirkətin satın alınması yeni sahibkara ən azından 2 müsbət məqam vəd edir.
- İnkişaf perspektivli olmaqla Avropada stabil pul dövriyyəsi
- Sanksiyaya məruz qalmış Rusiya Federasiyasına yuksək keyfiyyətli qida məhsulunun ixracının bərpa edilməsi.