Sahibkarların nəzərinə!

26.11.2016

Sahibkarların nəzərinə!

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) Sizi 03 dekabr tarixində Bakı vaxtı ilə saat 17.00-da başlayacaq canlı video bağlantı`ya dəvət edir. Tədbir ilk dəfə olaraq Azərbaycan dilində kəçiriləcəkdir.

Tədbirin qonaqları, Dentons Hüquq Şirkətinin əməkdaşı, aparıcı hüquqşünas Sona Tağıyeva və Grant Thorton LLP şirkətinin əməkdaşı, vergi məsələləri üzrə baş mütəxəssis Vaqif İsaxanlı olacaqdır.

Sona Tağıyeva ABŞ və Azərbaycanda hüquqi şəxsləronların  qeydiyyat prosesi və qarşıda duran  məsuliyyət növləri haqqında ətraflı məlumat verəcəkdir.

Vaqif  İsaxanlı  isə ABŞ vergitutmasının ümumi müddəalarıvergi növləri və ödəyiciləri, həmçinin vergi güzəştləri barədə  mövzulardan söhbət açacaqdır.

Canlı video bağlantısı  zamanı qeydiyyatdan keçmiş iştirakçıların “chat-box” vasitəsilə qonaqlara sual vermək imkanı olacaqdır.

Tədbiri USACC-nin İcraçı direktoru Süsən Sadıqova aparacaq. Tədbirə qatılmaq üçün Siz bu web linkindən istifadə edərək qeydiyyatdan keçin.

http://www.usacc.org/projects-a-events/calendar/event/148/USACC-Webcast–Entity-Formation-and-Taxation–Azerbaijan-and-the-United-States.html

Canlı bağlantını istər kompüter, istər mobil telefon, istərsə də planşetlər vasitəsilə izləmək mümkündür. Tədbir və ya hər hansı bir texniki məsələlərlə bağlı istənilən sualınız olsa, xahiş edirik USACC-yə [email protected]ünvanı vasitəsilə müraciət edəsiniz.

 

Sona Tağıyeva Dentons Hüquq Şirkətinin Bakıdakı Ofisində şirkət müştərilərinə korporativ və biznes hüququ, mübahisələrin həlli, qiymətli kağızlar, bank və maliyyə məsələləri üzrə hüquqi məsləhət xidmətləri göstərir. Sona, həm Azərbaycan, həm də ABŞ-da hüquqşünas kimi çalışır. Hazırda Dentons şirkətinin Vaşinqton Ofisində fəaliyyətini davam etdirir. Sona, Bakı Dövlət Universitetində Şirkət və Enerji Hüququ mövzusunda da mühazirələr oxuyur.

Vaqif İsaxanlı Grant Thorton LLP Mühasibatlıq və Audit şirkətinin vergitutma məsələləri üzrə meneceridir.Vaqif, çalışdığı Şirkətdə fiziki və hüquqi şəxslərdən ibarət olan müştərilərə, ABŞ-ın çoxpilləli və mürəkkəb vergitutma sisteminə dair, o cümlədən federal, ştat və beynəlxalq səviyyədə vergitutma məsələləri üzrə məsləhət xidmətləri göstərir.Vaqifin 10 ildən yuxarı apardığı mühasibatlıq fəaliyyətinə, korporativ vergitutma, biznes tərəfdaşlığı (şərikliyi), bizneslərin alqı-satqısı, ümumi mühasibatlıq planlaması və yüksək gəlirli şəxslərin vergitutması kimi məsləhət xidmətləri daxildir.