Sahibkarların nəzərinə!

09.02.2016

Sahibkarların nəzərinə!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən Hindistanın  Azərbaycandakı  səfirliyi ilə birgə  12 fevral  2016- cı il tarixdə  saat 11.00-da Bakı şəhəri, “Hyatt Regency” otelinin “Quba” zalında “MAKE İN İNDİA”   adlı  tədbir keçiriləcəkdir.

ASK–nın prezidenti Məmməd Musayev və Hindistanın  Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın iştirakı ilə keçiriləcək tədbirdə hər iki ölkədə  sahibkarlıqda mövcud vəziyyət, investisiya, partnyorluq imkanları barədə  təqdimatlar  dinlənəcək  və  müzakirələr  aparılacaqdır.