www.iccia.com portalında yeni bölmə və xidmətlər istifadəyə verilib

18.01.2017

www.iccia.com portalında yeni bölmə və xidmətlər istifadəyə verilib

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (İTSKP) rəsmi veb portalında  www.iccia.com  yeni bölmə və xidmətlər istifadəyə verilib.

Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının yeni veb portalı   2014-cü ilin noyabr ayında fəaliyyətə başlayaraq, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin biznes və iqtisadi fəaliyyəti ilə bağlı məlumat xarakterli xidmətlər təklif edir. Sizi  portaldan faydalanmağa dəvət edirik.

Məlumat üçün bildirək ki, İTSKP-nin portalı İslam Dünyasının iqtisadi məsələləri ilə bağlı yenilənmiş ətraflı məlumat mənbəyidir. Bundan əlavə, portalın məqsədi təklif etdiyi xidmətlər və bu portaldakı məlumatlar vasitəsilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynamaqdır. Ticarət Palatası, biznes mühiti, tədqiqatçılar bu portal vasitəsilə İslam ölkələrinin iqtisadiyyatı ilə bağlı maraq dairələrinə uyğun məlumat əldə edə biləcəklər.

İTSKP portalı bir sıra bölmələrdən ibarətdir:

Xəbərlər                                                            Nəşrlər

Ölkələr haqqında məlumat                               Faydalı kontaktlar

Üzv Palatalar haqqında məlumat                    Tədbirlər

İnvestisiya ilə bağlı məlumat                            Multimedia

Statistika                                                           Tərəfdaşlıqlar

İdxal və İxrac                                                     İslam ölkələri turizmi

İqtisadi göstərici

Üzvlər portaldan müxtəlif istiqamətlər üzrə faydalana bilərlər :

 

ü  İslam ölkələri portalın B2B platformasında qeydiyyatdan keçərək özlərinin məhsul və  xidmətlərini inkişaf etdirə və yeni bazarlar tapa bilərlər,

ü  Ticarət Palataları və İslam Əməkdaşlıq Təşkiılatı ilə bağlı qurumlar bu portal vasitəsilə xəbərləri, press relizləri, statistikanı nəşr etdirə bilərlər,

ü  İTSKP portalı və üzv ölkələrin portalları arasında banerlərin dəyişdirilməsi,

ü  İTSKP portalından marketinq kanalı kimi istifadə :

  • Tədbirləriniz,
  • Məhsullarınız
  • Xidmətləriniz
  • Veb saytlar/Portallar üçün

 

Portalla bağlı hər hansı bir sual və təklifləriniz olarsa, Dr. Ahmed El-Nour ilə əlaqə saxlaya bilərsiniz : ahmed.elnour @ iccia.com.