Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyası və biznes mühiti üzrə son xəbərlər

ASK-nın vitse-prezidenti XII Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edib

ASK-nın vitse-prezidenti XII Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edib

2024-cü il fevralın 28-də Stavropol diyarında XII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun iştirak etdiyi tədbir “MinvodyEXPO” sərgi mərkəzində baş tutub. Forumda Rusiya və Azərbaycanın işgüzar dairələrinin və hakimiyyət orqanlarının 400-ə yaxın nümayəndəsi iştirak edib. Forumun…

“Xidmət sektorunun inkişafına yönəlmiş layihələr” müzakirə edildi

“Xidmət sektorunun inkişafına yönəlmiş layihələr” müzakirə edildi

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Əmək və Əhalisinin Sosial Müdiaəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun dəstəyilə “Xidmət sektorunun inkişafına yönəlmiş layihələr”in müzakirəsi təşkil edilib. Tədbiri açan Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova…

Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar

Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar

Ölkəmizdə səfərdə olan Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar. Görüş çərçivəsində, Azərbaycan Sahibkarlar Konfederasiyasının mövcud fəaliyyəti və gələcək hədəfləri haqqında geniş məlumat verilib. Eyni zamanda, ASK-nın beynəlxalq və regional təşkilatlar çərçivəsində Türkiyə də daxil olmaqla bütün tərəfdaşları ilə…

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirildi

Fevralın 23-də Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2023-cü ildə görülən işlər üzrə hesabatın dinlənilməsinə və 2024-cü il üçün fəaliyyət planının müzakirəsinə həsr olunub. İclası açıq elan edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev cənab Prezident İlham Əliyevin…

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2023-cü ildə korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirakı ilə seçilən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,…

Sahibkarlar “Rəqabət Məcəlləsi”nə həsr olunan görüşdə iştirak etdilər

Sahibkarlar “Rəqabət Məcəlləsi”nə həsr olunan görüşdə iştirak etdilər

Fevralın 20-da Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Rəqabət Məcəlləsində təsbit edilmiş yeni anlayışlar və müvafiq tənzimləmə üsulları” ilə bağlı görüş keçirilib. Dövlət-özəl dialoqu çərçivəsində keçirilən görüşdə müxtəlif sektorları təmsil edən sahibkarlar iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına…

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi təkliflərlə çıxış edib

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi təkliflərlə çıxış edib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Bosniya və Hersoqovina, Serbiyadakı rəsmi nümayəndəsi Seyran Mirzəzadə adlarıçəkilən ölkələrlə qarşılıqlı iqtisadi əməkdaşlığa dair görüş keçirib. Görüşdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, baş katibin müavini Fuad Hümbətov və Beynəlxalq əlaqələr, dayanıqlı inkişaf şöbəsinin mütəxəssisi Rüfət Məcnunov iştirak…

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası memorandum imzaladı

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası memorandum imzaladı

Naxçıvan Dövlət Univerisitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Rektor bildirib ki, ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası və “Cahan” Holdinq maddi və mənəvi olaraq tələbələrə hər zaman dəstkək olmuşdur. Tələbələrin beynəlxalq layihələrdə iştirakını…

“Məkkə Halal Forumu” Azərbaycanın investisiya imkanları, milli brendlərimizin təqdimatı baxımından uğurlu və yadda qalan keçib

“Məkkə Halal Forumu” Azərbaycanın investisiya imkanları, milli brendlərimizin təqdimatı baxımından uğurlu və yadda qalan keçib

Bu il yanvarın 23-25-dək Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində keçirilmiş “Məkkə Halal Forumu” Azərbaycanın investisiya imkanları, milli brendlərimizin təqdimatı baxımından uğurlu və yadda qalan keçib. Məkkə Halal forumu bu gün “halal sənayesində innovasiya” şüarı altında Səudiyyə Ərəbistanı Krallığının Ticarət Naziri…

Məkkə Halal Forumunda “Azərbaycan stendləri” maraqla qarşılanıb

Məkkə Halal Forumunda “Azərbaycan stendləri” maraqla qarşılanıb

Yanvarın 23-25-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində Məkkə Halal Forumu keçirilir. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə qida, parfümeriya, xidmət sektorlarının təmsil edən sahibkarlar iştirak edirlər. Forum çərçivəsində keçirilən Məkkə Halal Sərgisində Azərbaycan Sahibkarlar Konfederasiyasının və Kiçik Orta…

Naxçıvan Sahibkarlar Konfederasiyasının iclası olub

Naxçıvan Sahibkarlar Konfederasiyasının iclası olub

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının 2023-cü ildə görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda konfederasiyanın sədri Vüqar Abbasov çıxış edərək bildirib ki, mütəmadi olaraq muxtar respublikaya investisiya axınının genişlənməsi istiqamətində tədbirlərin…

“Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda keçirilən konfransın iştirakçılarının Bəyanatı

“Dövlət-sahibkar tərəfdaşlığı: Dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda keçirilən konfransın iştirakçılarının Bəyanatı

Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir. Dünya birliyində öz…