
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə dövlət və özəl qurumların iştirakı ilə alternativ enerji mənbələrinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, tullantıların təkrar emalına, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarından səmərəli istifadəyə dair fikir mübadiləsi aparılıb.…

Kanadalı iş adamları ilə görüş keçirilib
Kanada Avrasiya Ticarət Palatasının nümayəndələri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının əməkdaşları arasında görüş keçirilib. Kanadalı iş adamları Azərbaycanın neft-qaz, mədənçıxarma, təhsil sektoru ilə tanış olmaq üçün ölkəmizə səfər etdiklərini bildiriblər. Kanada Avrasiya Ticarət Palatasının rəhbəri Frank Kense qeyd edib ki, bu…

Azərbaycan-Litva İşgüzar Şurası yaradıldı
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Litva – Azərbaycan biznes forumu keçirilib. Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında Azərbaycan-Litva İşgüzar Şurasının yaradılması…

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Trabzon Ticarət və Sənaye Palatası arasında memorandum imzalandı
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyənin Trabzon Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi imzalayıb. Sənədə əsasən, öləkələrimiz…

“Rusiya – İslam Dünyası. KazanForum 2023” tədbirində memorandum imzalandı
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndə heyəti “Rusiya – İslam Dünyası. KazanForum 2023” tədbirində iştirak edib. Mayın 19-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin başçılığı ilə dövlət və özəl sektoru nümayəndələrinin təmsil olunduğu tədbir çərçivəsində nümayəndə heyəti…

Asiya ölkələrinin biznes dairələri ilə əlaqələrin daha faydalı əsaslarda qurulması müzakirə olundu
Mayın 17-də Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Koreyanın Busan şəhərində “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda mayın 2-də keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı təmsil etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının…

ASK-nın vitse-prezidenti Kişinyov görüşündə Qarabağın iqtisadi potensialı haqqında məlumat verib
Mayın 12-də Kişinyovda keçirilən beynəlxalq iqtisadi və investisiya forumunda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 ölkənin iş adamları iştirak edib. Forumda aşağıdakı ölkələr təmsil olunub: Moldova, İtaliya, Rumıniya, Ukrayna, Gürcüstan, Azərbaycan, Bolqarıstan, Macarıstan, Avstriya, Almaniya, Yunanıstan və Tacikistan. Azərbaycanı tədbirdə…

Serbiyanın ölkəmizdəki səfiri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib
Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Konfederasiya rəhbəri ölkələrimiz arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu, prezidentimiz İlham Əliyevin Belqrad səfərini məmnunluqla xatırladıb. O, ölkələrimiz…

2022-ci ilin ən yaxşı müəssisələrinin mükafatlandırılması tədbrində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti iştirak etdi
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan tədbirdə AHİK sədri, Milli…

“Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət ediblər
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda 25 aprel 2023-cü il tarixində keçirilən Konfransın iştirakçılarının MÜRACİƏTİ Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Əsası ulu…

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib. Ümummilli liderin Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında, sahibkarlıq ənənələrinin bərpasında və inkişafında danılmaz xidmətləri var. 21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla,…

Şərq Bazarında sahibkarlığa dəstək məqsədilə forum həyata keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, “Alpha-Omega”şirkətinin təşkilatçılığı ilə Şərq Bazarında sahibkarlığa dəstək məqsədilə forum həyata keçirilib. Forum texnologiya, təhsil, turizm, qida, marketinq, hüquq, dəb, estetika və bir çox digər sahələri əhatə edib. Həmçinin “Nabat Talks Biznes…