Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyası və biznes mühiti üzrə son xəbərlər

Məmməd Musayev Kənd Təsərrüfatı naziri ilə görüşüb

Məmməd Musayev Kənd Təsərrüfatı naziri ilə görüşüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşüb. Hər iki qurumun nümayəndələrinin iştirakı ilə nazirlikdə keçirilən görüşdə Məmməd Musayev ASK-nın gördüyü işlər, regionlardakı fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişafına…

İndoneziyalı iş adamları ilə biznes görüş keçiriləcək

İndoneziyalı iş adamları ilə biznes görüş keçiriləcək

Hörmətli sahibkarlar! İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi 14 sentyabr 2018-ci il tarixdə, saat 19:00-da Bakıda “Grand Hyatt” otelində biznes görüş keçirəcək. Görüş iki ölkə arasında mövcüd iqtisadi əlaqələri daha da yaxşılaşdırmaq və hər iki ölkədə biznes imkanları ilə tanış olmaq məqsədi daşıyır.…

Azərbaycan Sahibkarlar Konfederasiyasında seminar keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında seminar keçirilib

08 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatlar Milli Konfederasiyasının təşkilatçılığı ilə Belarus Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü Yaroslav Romanbukun Azərbaycana səfəri çərçivəsində onun iştirakı ilə “Əlverişli biznes mühitin yaradılmasında Belarus təcrübəsi. Vəkillik dərsləri” mövzusunda seminar təşkil…

Bakıda HR Forum keçiriləcək

Bakıda HR Forum keçiriləcək

Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılması na təkan vermək məqsədi ilə 15 Sentyabr 2018-ci il tarixində HR Forum keçiriləcək. Azərbaycan İnsan Resursları Cəmiyyəti…

Sahibkarlar Azərbaycanın ÜTT-yə üzvlüyünü müzakirə ediblər

Sahibkarlar Azərbaycanın ÜTT-yə üzvlüyünü müzakirə ediblər

Avropa Ittifaqı, “DMI Associates” konsorsiumu və “Ekvita Consulting” MMC-nin dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə hazırlıq, onun kənd təsərrüfatı və aqro-ərzaq zəncirinin iştirakçılarına faydası” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası,…

Dövlət vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alan təşkilatların nəzərinə!

Dövlət vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alan təşkilatların nəzərinə!

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Satınalma müqaviləsi ilə tender qalibinin üzərinə qoyulan öhdəliklər tenderin əsas şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz. Satınalma müqaviləsini…

Qubada Dayanlqlı İnkişaf Məqsədləri ilə bağlı seminar keçirilib

Qubada Dayanlqlı İnkişaf Məqsədləri ilə bağlı seminar keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə 13-14 iyul 2018-ci tarixlərində Quba rayonunda “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda iki günlük seminar keçirilib. Seminarda Azərbaycan…

Qida Təhlükəsizliyi Agentliyi sertifikatlaşdırma və qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində aparır

Qida Təhlükəsizliyi Agentliyi sertifikatlaşdırma və qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində aparır

Hörmətli sahibkarlar! İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi sertifikatlaşdırma və qeydiyyatı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində aparır. Sizin “Bir Pəncərə”nizdə bunlar mümkündür: 1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 2. Reyestrdən çıxarış…

TenderRadar

“Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib

İyunun 21-də Bakı şəhərində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib. Tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin…

İtaliya şirkəti Azərbaycanda yeni əməkdaşlıq axtarışındadır

İtaliya şirkəti Azərbaycanda yeni əməkdaşlıq axtarışındadır

Məlumat üçün bildiririk ki, İtaliyanın “Cooperativa Agricola Cesenate (C.A.C)” şirkəti Azərbaycanda yeni əməkdaşlıq axtarışındadır. Şirkət plantasiyaların salınması və daha sonra toxumların yığımı və satışı işi ilə məşğuldur. Əməkdaşlıq etməkdə əsas məqsəd plantasiyaların salınmasında əlverişli iqlimi olan ərazilərin tapılması və həmin ərazilərdə…

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil…

Çinin Tzilin əyaləti məhsullarını Azərbaycan bazarına çıxarmaq istəyir

Çinin Tzilin əyaləti məhsullarını Azərbaycan bazarına çıxarmaq istəyir

Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının Tzilin ƏIyaləti bölməsinin vitse-prezidenti Çen Hunqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub. Çinin şimal-qərbində, Şimali Koreya ilə sərhəddə yerləşən əyalət haqqında məlumat verən Ç.Hunqan bildirib ki, 2014-ci ilin məlumatına…