
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Polşa Respublikası və Rusiya Federasiyasının Kalininqrad vilayəti üzrə nümayəndəsi Tofiq Rzayev “Kəhraba kaleydoskopu” beynəlxalq milli mədəniyyətlər forumunda iştirak edib.
Tədbir 18-19 sentyabr tarixlərində Rusiya Federasiyası Kalininqrad vilayətinin Zelenoqrad şəhərində, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Mədəniyyəti Fondunun dəstəyilə keçirilib. Forumda iştirakçılar elmi-praktik hissədə, görüşlərdə, sərgi və master-dərslərdə iştirak ediblər.
Milli mədəniyyətlərin daha çox təmsil olunması üçün tədbirə müxtəlif xalqların nümayəndələri dəvət olunublar. ASK nümayəndəsi T.Rzayev görüşdə Rusiya-Azərbaycan iqtisadi əlaqələri, biznes-görüşlərin təşkili, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Rusiyanın biznes təşkilatları arasındakı əməkdaşlıqlar barədə məlumat verib.