Azərbaycan Sahibkarlar Konfederasiyası vakansiyalar elan edir!

15 iyul 2021

Azərbaycan Sahibkarlar Konfederasiyası vakansiyalar elan edir!

Azərbaycan Sahibkarlar Konfederasiyası “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Press-relizlər, informasiya xəbərləri, məqalələr yazmaq;
  • PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək
  • İctimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
  • KİV, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələri inkişaf etdirmək;
  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
  • KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi

Namizəd üçün irəli sürülən tələblər:

  • Jurnalistika üzrə ali təhsil;
  • Ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
  • Komandada işləmək və idarəetmə bacarığı.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.

_________________________________________________________________________________

Azərbaycan Sahibkarlar Konfederasiyası “Kargüzarlıq üzrə mütəxəssis” vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Gələn məktubların qəbul edilməsi, qeydə alınması və şöbələrin icraatına təqdim edilməsi;
  • Gedən məktubların qeydiyyatı;
  • Həftəlik işgüzar təqvimin hazırlanması (görüşlərin, tədbirlərin qeydiyyatı);
  • Ofisə daxil olan zənglərin cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Təşkilatdaxili digər hazırlanmış sənədlərin qeydiyyatının aparılması;
  • Gördüyü işlər barədə hesabatın təqdim edilməsi.

Namizəd üçün irəli sürülən tələblər:

  • Ali təhsil, III və IV kurs tələbələri.
  • Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmək, güclü dinləmə və kommunikasiya qurmaq bacarığı.

İş şərtləri:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
  • Təcrübə müddəti – 3 ay

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “Mütəxəssis (təcrübə)” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.

______________________________________________________________________________________________________________________________________

Azərbaycan Sahibkarlar Konfederasiyası “Hüquqşünas” vəzifəsi üzrə təcrübə proqramı elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Müqavilələrin və təşkilatdaxili digər sənədlərin hazırlanması;
  • Şöbəyə daxil olan sahibkarların şikayətləri və təklifləri ilə bağlı məktubların hazırlanması;
  • Daxil olmuş məktubların statistikasının aparılması və arayışların hazırlanması;
  • Hüquqi məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavabların hazırlanması;
  • Gördüyü işlər barədə hesabatın təqdim edilməsi;
  • Konfederasiya tərəfindən həyata-keçirilən layihə və proqramlarda iştirak.

Namizəd üçün irəli sürülən tələblər:

  • Hüquqşünaslıq ixtisasi üzrə ali təhsil, həmçinin, hüquqşünaslıq ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri;
  • Azərbaycan dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmək, güclü dinləmə və kommunikasiya qurmaq bacarığı.

İş şərtləri:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
  • Təcrübə müddəti – 3 ay

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “Hüquqşünas (təcrübə)” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.