Avropa Palatalar Assosiasiyasının təşkilatçılığı ilə iclas keçirilmişdir

23 oktyabr 2015

Avropa Palatalar Assosiasiyasının təşkilatçılığı ilə iclas keçirilmişdir

Oktyabrın 19-da  Ukraynanın Odessa  şəhərində Avropa Palatalar Assosiasiyasının (EUROCHAMBRES) təşkilatçılığı ilə Şərq İnvest 2 layihəsinin icra komitəsinin iclası  keçirilmişdir.

İclasda  iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Elnur Ələkbərov layihənin fəaliyyət  planının  təqdimatını  etmişdir. Əsas  məqsəd, görüləcək  işlər  və gözlənilən nəticələr təqdimatda öz əksini  tapmışdır.

Tədbir bilavasitə  “Şərq İnvest” Avropa Komissiyasının təşəbbüsü və Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının idarəçiliyi ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

Elnur Ələkbərov həmçinin,  20 oktyabr tarixində Avropa  Komissiyası  tərəfindən təşkil olunan Kiçik və Orta Sahibkarlıq Panel görüşündə də  iştirak etmişdir.

Avropa  ittifaqının 6 ölkəsini əhatə edən Şərq Tərəfdaşlığı – Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür.