
Sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar avqustun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev toplantını giriş sözü ilə açaraq Azərbaycan Konstitusiyasına sonuncu dəyişikliyin 2009-cu ildə edildiyini vurğulayıb. Sonuncu dəyişiklikdən ötən yeddi ildə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən S.Mehbalıyev əldə olunan uğurların Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyduğunu bildirib. Qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin əsas məqsədi Azərbaycanda iqtisadi və siyasi islahatların uğurla aparılmasına imkan verən yeni və daha çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasıdır.
Konstitusiyaya dəyişikliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Referendum Aktı layihəsi ilə çıxış etdiyini deyən AHİK sədri həmin sənəddə Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsinin, 6 yeni maddənin əlavə olunmasının nəzərdə tutulduğunu söyləyib.
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını, həmçinin 23 QHT-ni təmsil edən 401 nümayəndə qatılıb.
Yığııncağın keçirilməsi üçün yetərsay müəyyən olunduqdan sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiq edilib.
BeynəlxalqMünasibətlərinAraşdırılması MərkəzininrəhbəriRufizQonaqov, RespublikaVeteranlarTəşkilatınınsədrmüaviniCəlilXəlilov, “İrəli” İctimaiBirliyininsədriMirhəsənSeyidov, “TərxisOlunmuş HərbçilərinGəncləriMaarifləndirmə” İctimaiBirliyininsədriEminHəsənliReferendumAktı layihəsində dövlətçiliyinmöhkəmləndirilməsi, seçkiliorqanlaraseçilmək üçünyaş həddiməhdudiyyətiningötürülməsi, habelə Silahlı Qüvvələrimizilə bağlı müddəaların əhəmiyyətiniyüksəkqiymətləndiriblər. Qeyd olunub ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur. Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fəal dəstəkçiləri kimi, referendumda fəal iştirak edərək öz səslərini verəcəklər.
Çıxışlardan sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində referendum üzrə 25 nəfərlik tərkibdə “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüs qrupu yaradılıb. Qrupun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub. “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə eyni adlı təşviqat qrupunda səlahiyyətli nümayəndəlik hüququ verilməsi barədə qərar qəbul edilib. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendumla bağlı qrupun adından çıxış etmək üçün notarial qaydada vəkalətnamə verilməsi məsələsi də təsdiqlənib. Tədbirin sonunda “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüsqrupununyaradılması barədə bildirişlə MərkəziSeçkiKomissiyasınamüraciətedilməsiqəraraalınıb.
Qeyd edək ki, 25 nəfərlik tərkibdə yaradılan “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüs qrupunda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil edəcək.