Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Moldaviyanın Kişinyov şəhərində işgüzar səfərdə olub.

7 fevral 2016

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Moldaviyanın Kişinyov şəhərində işgüzar səfərdə olub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Moldaviya Sənayeçiləri və Sahibkarları Milli Konqresi arasında əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti Moldaviyada işgüzar səfərdə olmuşdur.

Nümayəndə heyəti Moldaviya Sənayeçiləri və Sahibkarları Milli Konqresinin Prezidenti Vasiliy Tarlevlə, Konqresin Şura üzvləri , struktur bölmələrin rəhbərləri  və Moldaviyanın bir qrup sahibkarları ilə bir sıra görüşlər keçirmişdir.

Səfər çərçivəsində Moldaviya və Azərbaycanda ticarət evlərinin açılmasına dair niyyət protokolu imzalanmışdır.

Hazırda bizim ölkələrdə işlərin vəziyyəti, Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası və Moldaviya Sənayeçiləri və Sahibkarları Milli Konqresinin perspektivləri,birgə müəssisələrin yaradılması , Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası ilə Moldaviya Sənayeçiləri və Sahibkarları Milli Konqresi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun hər iki ölkə biznes strukturlarının aktivliyinin artırılması yolları və 2016-cı ilə birgə fəaliyyət planları   müzakirə olunmuşdur.