Azərbaycanda iyulun 1-dən tətbiq olunacaq əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ictimaiyyətə təqdim edildi.

14 noyabr 2014

Azərbaycanda iyulun 1-dən tətbiq olunacaq əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ictimaiyyətə təqdim edildi.

Beynəlxalq Əmək Təşkilatı BMT-nin bir qurumu kimi 1919-cu ildə yaranmış və sosial ədalətin, insan və əmək huquqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərir. BƏT dünyada hökumət, işəgötürənlər və həmkarlar təşkilatları nümayəndələrinin daxil olduğu üçtərəfli əməkdaşlıq prinsiplərini təmsil edən yeganə təşkilatdır. Azərbaycan Respublikası 19 may 1992-ci ildə bu təşkilata üzv olmuş, onun 57 konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir. ASK-nın Beynəlxalq Əmək Təşkilatı ilə uzunmüddətli və sıx əməkdaşlığı bu öhdəliklərin uğurla icra olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq hamı üçün layiqli əməyin təmin edilməsi, iş yerlərində əmək standartlarına əməl edilməsi, o cümlədən sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, gender bərabərliyinin təmin olunması və heç bir ayrı-seçkiliyə yol verilməməsi, həmçinin müəssisələrin məhsuldarlığının və rəqabətədavamlığının artırılması, biznesin qanuni fəaliyyəti, o cümlədən qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, qadın sahibkarlığın inkişaf etdirilməsi, gənclərin məşğulluq imkanlarının artırılması, uşaq əməyinin ləğv edilməsi, iş yerlərində HİV/AİDS-in sosial-iqtisadi təsirlərinin azaldılması və digər sahələrdə proqram və layihələrin birgə icrasında öz əksini tapır. BƏT-lə əməkdaşlıq çərçivəsində işəgötürənlərin maarifləndirilməsi işi geniş vüsət alır. Onlar üçün həm yerli, həm də beynəlxalq səviyyəli treninq və seminarlar təşkil edilir, məsləhət xidmətləri yaradılır. Bundan başqa bilik və bacarıqların artırılması məqsədilə ASK-nın həm baş ofisinin mütəxəssislərinin, həm də region nümayədəliklərin rəhbərləri və işçilərinin BƏT tərəfindən təşkil edilən beynəlxalq səviyyəli təlim kurslarında iştirakı təmin edilir.