
Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüblər. BƏT-in əməkdaşları Mixayil Puşkin və Yuliya Surina ilə keçirilən görüşdə görüş gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Konfederasiyanın iş planına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq daim gücləndirilir. Xüsusilə də BƏT-lə əməkdaşlıq Konfederasiya üçün olduqca əhəmiyyətlidir.O qeyd edib ki, bugünədək birgə tədbirlər həyata keçirib, növbəti layihələrdə də Konfederasiya yaxından iştirak edəcək.
Görüşdə həmçinin 7-11 sentyabr 2015-ci il tarixlərində Bakıda keçiriləcək tədbirin detalları da müzakirə olunub.
Beynəlxalq Əmək Təşkilatının eksperti Mixayil Puşkin bildirilib ki, Beynəlxaql Əmək Təşkilatı Azərbaycanla, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Mixayil Puşkin-11 sentyabr 2015-ci il tarixlərində Bakıda keçiriləcək tədbirlə bağlı da ətraflı məlumat verib. Bildirib ki, tədbirdə Azərbaycan və Rusiya ekspertleri məşğulluq sahəsində müzakirələr aparacaraq, qarşılıqlı qiymətləndirilmə prosesini həyata keçirəcəklər.Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə həyata keçiriləcək, Azərbaycan tərəfindən ƏƏSMN Məşğulluq Xidmətinin əməkdaşları, həmçinin da sosial partnyorların Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ekspertlərinin iştirakı da gözlənilir. Rusiya tərəfindən də eyni qaydada həm nazirlik, həm də sosial partnoyorların ekspertlərinin də iştirakı nəzərdə tutulur. Belə ki, Rusiya ekspertləri Azərbaycanda məşğulluq sahəsində görülən işlərlə tanış olacaq, məşğulluq mərkəzlərini ziyarət edəcəklər.Görüşlərinin nəticəsi olaraq onlar tərəfindən Azərbaycan Respublikasında aparılan məşğulluq siyasəti qiymətləndiriləcək, bununla bağlı hesabat hazırlayacaqlar. Bu tip görüşmələrin (təcrübə mübadilələri, ekspert qiymətləndirmələri) nəticələri isə cari ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçiriləcək Məşğulluq üzrə subregional konfransda müzakirə ediləcəkdir. Konfransa Azərbaycan Sahibkarlar Konfederasiyası BƏT tərəfindən dəvət olunması nəzərdə tutulur.
Görüşdə müzakirə olunan daha bir məsələ isə – Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində görülən işlər olub. Cari ilin iyun ayının sonunda Türkiyənin İstanbul şəhərində “Hər kəs üçün – Korporativ Sosial Məsuliyyət” çərçivəsində keçirilən tədbirdə iştirak etmiş ASK-nın nümayəndəsi tədbirlə bağlı məlumat verdi. Həmçinin qonaqların diqqətinə çatdırıldı ki, artıq KSM üzrə Milli Araşdırma Hesabatı hazırlanmışdır və İstanbulda bu hesabatın təqdimatı keçirilmişdir. İl ərzində Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən bu hesabatın ayrıca hazırlanıb Azərbaycan biznes nümayəndələrinə təqdimat olunması nəzərdə tutulur.
Görüz zamanı o da qeyd olundu ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Korporativ Sosial Məsuliyyət (KSM) üzrə hesabatın da təqdimatını özündə ehtiva edən çoxsaylı biznes nümayəndələrinin və BƏT ekspertlərinin iştirakı ilə KSM layihəsi ilə bağlı tədbirin keçirilməsi planlaşdırılır.
Görüşdə həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq Əmək Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.