B20 qrupunun və L20 qrupunun toplantısında Azərbaycan Sahibkarlar Konfederasiyası iştirak edib.

18 noyabr 2015

B20 qrupunun və L20 qrupunun toplantısında Azərbaycan Sahibkarlar Konfederasiyası iştirak edib.

Türkiyənin Böyük İyirmilikdə Sədrliyi cərcivəsində cari ilin 15-16 Noyabr tarixlərində Antalya şəhərində “G20” dövlət və hökumət başçılarının sammiti kecirilmişdir. Sammitdə azərbaycan nümayəndə heyəti yüksək səviyyədə təmsil olunmuşdur.

Qeyd etmək lazımdır ki, “G20” inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi ücün formalaşıb. “G20” ilk əvvəl sadəcə “yeddilik” idi, Rusiyanın gəlişi ilə “səkkizlik”ə cevrilib. Daha sonra Hindistan, Braziliya və Cin kimi iri dövlətlərin qoşulması ilə say tərkibi artıb. Dünyada məhsul istehsalının, beynəlxalq ticarətin əsas hissəsi bu ölkələrin payına düşür. Belə ki, Böyük İyirmiliyə daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin ücdə iki hissəsi Böyük İyirmiliyin üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayırlar.

Sammitin proqramına əsasən sammitin rəsmi acılışından əvvəl G20 dövlətlərinin biznes nümayəndələrindən ibarət “B20” (Biznes20) və həmkarlar ittifaqları nümayəndələrindən ibarət “L20” (Əmək 20) fəaliyyət qrupları ilə görüşlər kecirilmişdir.

Həmin görüşlərdə ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti   Məmməd Musayev  təmsil etmişdir.

Noyabrın 15-də “Böyük İyirmilik”  ölkələri liderlərinin Sammiti öz işinə başladı. Sammit cərcivəsində yeddi böyük toplantı kecirildi. Sayca onuncu dəfə kecirilən bu sammitdə Azərbaycan xüsusi qonaq statusunda təmsil olunmuşdur. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı secməsi ölkələrinmiz arasındakı möhkəm qarşılıqlı əlaqələrin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən diqqətin göstəricisidir.

B20plenar iclasına  sədrlik edən Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu giriş sözü ilə qonaqları salamlayaraq, son bir il ərzində B20 qrupunun 4 qitədə 12 vacib toplantılar kecirdiyini bildirdi.

B20 Zirvə Toplantısında TOBB Prezidenti və B20 Sədri cənab Rifat Hisarçıklıoğlu, habelə Türkiyə Baş Nazirinin Müavini cənab Cevdet Yılmaz çıxış edərək, Türkiyə tərəfindən Sədrliyin uğurla başa çatması və bu il ərzində keçirilən tədbirlərdə qəbul edilən tövsiyyələrin təkmilləşdirilərək G20 liderlərinə ötürülməsi barədə məlumat verdilər.

Qeyd olundu ki, Türkiyənin B20-yə sədrliyi müddətində Dünyada iqtisadi inkişaf proseslərini sürətləndirmək ücün müvafiq maliyyə alətləri yaradılmış və hazırda inkişaf etməkdə olan ölkələrdə resursların səmərəli şəkildə bölüşdürülməsinə imkan yaradacaq dövlət və özəl investisiyaların təşviqi proqramlarının müzakirəsi B20 siyasətinin tərkib  hissəsi olaraq qalır.

G20 dövlət və hökumət başçılarının sammiti çərçivəsində B20 (Biznes məsələləri üzrə iyirmilik) qrupunun toplantısında iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev kecirdiyi ayrı-ayrı görüşlərdə  Azərbaycanda müasir milli sahibkarlığın inkişafı barədə ətraflı məlumat vermişdir.

Belə ki, Azərbaycan Respublikasının post-sovet ölkələri arasında iqtisadiyyatın keçid dövrünü inamla başa vuran və qısa müddətdə dinamik inkişaf edərək regional liderə çevrilmiş dövlət olması faktı artıq nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı maliyyə institutları və reytinq agentlikləri tərəfindən təsdiq edilmişdir. Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində son 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.

Son illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosial yönümlü  problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Əhalinin gəlirlərinin artımı dünyada baş verən iqtisadi-siyasi böhran, bununla bağlı neftin qiymətinin iki dəfədən cox aşağı düşdüyü bir şəraitdə baş vermişdir. Hesablamalara əsasən Azərbaycanda İlin əvvəlindən inflyasiyanın həcmi cəmi 3,7 faiz olmuş, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri demək olar ki, dəyişməmişdir.

Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratmişdir.

Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Azərbaycan Respublikasındə sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ilin    9 ayı ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının bilavasitə yaxından iştirakı ilə  Azərbaycanda  və  xarici ölkələrdə 80- dən çox  biznes forum, sərgi və konfrans keçirilmiş, eləcə də qeyri–neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının iştirakı təmin edilmişdir.

B20 cərcivəsində keçirilən panel toplantısında  Kanada ticarət Palatasının Prezidenti və İcraçı direktoru cənab Perrin Beatri,  Braziliya Ticarət Palatasının Sədri cənab Fransizko Qonzales, Bharti Şirkətlər Qrupunun Təsisçisi və sədri cənab Sunil Bharti Mittal, Çin Beynəlxal Ticarət Təşviqatı Şurasının Vitze-prezidenti cənab Yu Pinq, Sabançı Holdinq in Sədri xanım Güler Sabançı, Dünya İqtisadi Forumunun Təsisçisi və İcraçı Direktoru Doktor Klaus Şvab çıxış edərək bu il ərzində əldə olnan nailiyyətlər və Türkiyənin Sədrliyi dövründə iqtisadiyyatın daha  da təkmilləşməsi üzrə  müzakirə olunan məsələ və tövsiyyələr barədə fikir mübadiləsi apardılar.

Sonrakı mərhələdə  Sədrliyin təntənəli şəkildə Türkiyə tərəfindən Çin tərəfinə verilməsi mərasimi keçirildi.

B20 görüşləri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev Dünya Kicik və Orta Müəssisələr Forumunun İcraçı Direktoru cənab Tunc Uyanikla, Fransanın Kicik və Orta Müəssisələr təşkilatının İcraçı Direktoru cənab Bernarla ayrıca görüşlər keçirərək Azərbaycan Sahibkarlar Konfederasiyasının bu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı barədə məsələləri müzakirə etdi.

TOBB-un vitze-prezidenti cənab İbrahim Tuncay ilə keçirilən görüşdə isə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə TOBB arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə Türkiyənin Baş Nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində  Türkiyə-Azərbaycan işğüzar adamları arasında  biznes forumun keçirilməsi məsələləri müzakirə olundu. Bundan savayı  ASK-nın prezidenti  Məmməd Musayev  Beynəlxalq Valyuta Fondunun Vitse- prezidenti, Avropa Ticarət Palatalarının Prezidenti ilə görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Müzakirələrin sonunda biznes liderlərinin iştirakı ilə kecirilən mərasimində müzakirə edilən məsələlər üzrə birgə bəyanat qəbul edilmişdir.

“Böyük İyirmilik” hökumət başçlarının sammiti çərçivəsində L20(Əmək məsələləri üzrə iyirmilik) qrupunun sessiyasını acan və qonaqları salamlayan L20-nin Türkiyədən rəhbəri Mahmud Arslan, G20 çərçivəsində L20 Zirvesinde “Bərabərsizlik, İşsizlik və Ödənişlər” başlıqlı paneldə, “G20 Fəaliyyət Planlarının qiymətləndirilməsi və gələcək Prioritetlər” mövzusunda  cıxış etdi.

O, bildirdi ki,  “G20 çərçivəsində qəbul edilmiş qərarların hamısını əhəmiyyət veririk. Bu qərarlar bizim üçün bir əsasdır. Milli səviyyədə həm həmkarlar ittifaqları ilə, həm işəgötürənlərlə və digər tərəfdən ictimaiyyətlə sıx əlaqədə olmalıyıq. Bu şəkildə dünyanın ən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları birlləşə bilər.

Arslan, qeyd etdi ki, Həmkarlar Konfederasiyası olaraq, G-20in ictimai ölçüsünün iqtisadiyyat ölçüsü ilə birlikdə getməsini istəyirik və bu prosesdə fəal iştirak etmək istəyirik.

Həmkarlar Konfederasiyası olaraq, G-20 Əmək Nazirləri yığıncaqlarına, məşğulluq komitəsi iclaslarına, B-20 və L-20 birgə deklarasiya qəbul edərək, dövlət başçıları yığıncaqlarında iştirak etməyə davam edirik. 2015-ci ildə bu günə qədər G20 cərcivəsində L20-nin  22 yığıncağı kecirilmişdir.

Bu sessiya cərcivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti  M.Musayev kecirdiyi görüşlərdə qeyd etdi ki, ilboyu müzakirələrində iştirak etdiyimiz Biznes20 və Əmək20 toplantılarının işi çox məhsuldar olmuşdur.

Hal-hazırda dayanıqlı iqtisadi inkişafa nail olmaq, yoxsulluğa qarşı effektiv mübarizə, əmək qabiliyyətli aktiv əhalinin mışğulluğunun təmin olunması, əmək qabiliyyəti olmayan əhalinin, uşaqların, qocaların sosial müdafiəsinin təşkili  bizim qarşımızda duran başlıca məqsədlərdir.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk illərdən etibarən müharibə kimi böyük bir sosial bəla ilə üzləşmiş, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində  bir milyona qədər soydaşımız qaçqın və məcburi köçkün həyatı kecirərək öz torpaqlarından didərgin düşmüşlər. O dövrdə Azərbaycan siyasi və iqtisadi cəhətdən nə qədər cətin vəziyyətdə olsa da qaçqın və məcburi köçkünlərin, eləcə də bütün ölkə əhalisinin sosial təminat hüququnu həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə aparılan uğurlu iqtisadi siyasət sosial sferaya da öz töhvəsini vermiş, yoxsulluğun və işsizliyin azaldılması sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Son illərdə Azərbaycan bütün sahələrdə sürətli inkişafa nail olmuşdur. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və dayanıqlı inkişafın təmin edilməsi, Məşğulluq Konsepsiyası kimi uzunmüddətli dövlət proqramlarının icrası nəticəsində yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizdən aşağı düşmüşdür. Bu iqtisadi cəhətdən inkişaf etmiş qərb dövlətləri üçün belə çox yüksək göstəricidir. Aparılan uğurlu siyasət nəticəsində dünya ölkələrinin coxu  beynəlxalq maliyyə böhranından əziyyət çəkərkən Azərbaycanda insanların rifah səviyyəsi dəfələrlə yüksəlmiş, orta aylıq əmək haqqı, minimum əmək haqqı, orta pensiya miqdarı kimi göstəricilərə görə region ölkələrini qabaqlamışdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir. Hazırda ölkəmizin iqtisadi siyasətindən danışarkən qeyri neft sektoru məhsullarının ixracının təşviqi prioritet istiqamət kimi qarşımızda durur. Dövlətin ixracyönümlü qeyri-neft sektorunun inkişafını bu şəkildə dəstəkləməsi, elə sahibkarların dəstəklənməsi kimi anlaşılmalıdır, çünki son illərin tendensiyası iqtisadiyyatda qeyri-neft sektorunun, özəl sektorun payının artması istiqamətindədir. Qeyri-neft sektorunun inkişafı isə sənayenin, kənd təsərrüfatının, bank-maliyyə sisteminin, turizmin, digər xidmət və ticarət sahələrinin inkişafı deməkdir. Bu inkişaf  neftin düşən qiyməti fonunda ölkəmizin makroiqtisadi sabitliyini təmin edəcək, xarici ticarət saldosunu müsbət saxlayacaqdır.

Sənayenin, kənd təsərrüfatının, xidmət sektorunun, ticarətin inkişafı isə yeni iş yerləri deməkdir, yeni biznes fürsətləri deməkdir. Yuxarıda qeyd etdiyimiz sürətli inkişafın fonunda əldə olunan yüksək məşğulluq səviyyəsi göstərir ki, makroiqtisadi siyasətlə, iqtisadi inkişafla əhalinin məşğulluğu birbaşa əlaqəlidir. Bundan sonra da bu məntiqi bağlılığın yüksələn xətt üzrə inkişafını təmin etmək üçün sahibkarların üzərinə məsul vəzifələr düşür. Belə ki, sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən biznes gərək maksimum effektiv şəkildə yararlansın, iqtisadiyyatımızın diversifikasiyası prosesində yaxından iştirak etsin, əhalini yeni iş imkanları ilə təmin etsin.

Bu gün ölkəmizdə sahibkarlar yalnız gəlir əldə etmək, vergi ödəmək və məşğulluğun təmini prosesində iştirak etməklə  kifayətlənmirlər. Onlar bütövlükdə cəmiyyətin inkişafı prosesində öz məsuliyyətlərini dərk edir, korporativ sosial məsuliyyət layihələri həyata keçirir, insan hüquqları, əmək standartları və ekoloji həssaslıqlar mövzusunda çox fəaldırlar.

Konfederasiya olaraq biz də əmək standartlarına, əmək təhlükəsizliyinə əməl olunması sahəsində geniş maarifçilik işi ilə məşğuluq. Eləcə də insan və uşaq əməyinin ən pis formalarına, insan alverinə qarşı mübarizədə daim müvafiq dövlət orqanları ilə əməkdaşlıq edirik. Dayanıqlıqlı inkişafın təmininə yönəldilmiş addımlar, korporativ sosial məsuliyyət layihələri, hesabatlılıq, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılması kimi məsələlər Konfederasiya tərəfindən təşviq olunur. Azərbaycan biznesinin həm işçilərinin əmək və digər əlaqədar hüquqlarının təminatı, həmçinin də daha keyfiyyətli cəmiyyət quruculuğu sahəsində gördüyü işlər göz önündədir, lakin biz yenə də hazırki səviyyə ilə kifayətlənmək niyyətində deyilik. Bu səbəbdən də həm ölkəmizin qarşısında duran problemlərin, həmçinin də bütün bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün daim həll yolları üzərində çalışırıq.

Dünyada yoxsulluğun, qaçqın və  köckün probleminin bugünki səviyyəsi hamı kimi bizi də narahat edir. Bu hallara qarşı mübarizə isə yalnız bütün dünya dövlətləri tərəfindən birlikdə aparıldıqda uğurla nəticələnə bilər. Bu baxımdan hər kəsi birgə əməkdaşlığa, qarşılıqlı yardımlaşmaya dəvət edirik.

Müzakirələrin sonunda “L20” (Əmək20) üzv dövlətlərinin Həmkarlar Konfederasiyalarının və Əmək nazirlərinin iştirakı ilə kecirilən mərasimində müzakirə edilən məsələlər üzrə birgə bəyanat qəbul edildi.