“Dövlət-özəl əməkdaşlığı və sahibkarların peşə təhsilinə cəlb edilməsi” mövzusunda dəyirmi masa

15 may 2017

“Dövlət-özəl əməkdaşlığı və sahibkarların peşə təhsilinə cəlb edilməsi” mövzusunda dəyirmi masa

Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə “Avropa İttifaqı ilə birgə Peşə Təhsilinə Dəstək Layihəsi” çərçivəsində 16 may 2017-ci il tarixində saat  15:00-da  ASK-nın Konfrans zalında (ünvan: Ak. Həsən Əliyev 57) “Dövlət-özəl əməkdaşlığı və sahibkarların peşə təhsilinə cəlb edilməsi” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

Sizi sözügedən tədbirdə iştiraka dəvət edirik.

Dəyirmi masada iştirak edəcəyiniz təqdirdə [email protected] elektron ünvanına yazaraq qeydiyyatdan keçə bilərsiniz. Son müraciət tarixi: 15.05.2017