Hörmətli sahibkarlar!

14 iyul 2015

Hörmətli sahibkarlar!

Bildiririk ki, “Apora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq Təşkilatı Tümen əyaləti ilə birgə 12-13 sentyabr 2015-ci il tarixlərində Tümen şəhərində gənc sahibkarlar üçün “Uğurlu sahibkarların görüşü” adlı tədbir təşkil etməyi planlaşdırır.

Tədbirə Rusiya Federasiyasının 20-dən çox bölgəsindən 300-ə yaxın gənc sahibkar dəvət olunub. Forumda Rusiyanın aparıcı biznes-trenerlerinin iştirakı ilə seminarlar keçiriləcək.

Biznes forum gənc sahibkarlara öz bizneslərini genişləndirməyə kömək edəcək, habelə  tədbirdə 300-ə yaxın real strateji tərəfdaş, həmçinin, biznes sahəsində təcrübənin artması üçün şərait yaranacaq.

Həmçinin, gənc sahibkarlar “Apora Rossii” Təşkilatı ilə əməkdaşlıq edən “Promsvyazbank”ın Sahibkarlıq Fondundan öz biznes layihələrini həyata keçirmək üçün maliyyə dəstəyi də ala bilərlər.

Tədbirdə Tümen əyalətinin qubernatoru Vladimir Yakuşev və “Apora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq Təşkilatının prezidenti Aleksandr Kalinin iştirak edəcək.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə ASK-ya müraciət etməyiniz xahiş olunur.

 

           Əlaqələndirici şəxs: Emil Süleymanov

            Tel: (012) 465 72 42/43

            Mob: (055) 265 72 43

            E-mail: [email protected]