
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatı “Korporativ Sosial Məsuliyyət: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Natəvan Məmmədova, Beynəlxalq Əmək Təşkilatının Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri xanım Githa Roelans, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdiri Leyla Acalova və yerli sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova ölkəmizdə həyata keçirilən korporativ sosial layihələr haqqında məlumat verən N.Məmmədova qeyd etdi ki, Konfederasiya indiyə kimi bu sahədə həyata keçirilən layihələri dəstəkləyib, gələcəkdə isə Beynəlxalq Əmək təşkilatı ilə birgə 7 ölkənin qoşulduğu “Korporativ Sosial Məsuliyyət” adlı yeni lahiyədə təmsil olunmağı qarşısına məqsəd qoyub. Həmçinin qeyd olundu ki, ASK üzvü olan şirkətlərin beynəlxalq təcrübədən bəhrələnməsində, Korporativ Sosial Məsuliyyət bağlı layihələrin idarə olunmasında ən yüksək standartlara, ən mükəmməl etik prinsiplərə riayət etməklə yeni korporativ layihələrin icrasında onlara dəstək olacaq.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müdiri Leyla Acalova təmsil etdikləri qurumların bu sahədə həyata keçirdikləri layihələr barədə məlumat verdilər.
Həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) Multimilli Müəssisələr və Müəssisə Öhdəliyi Bölməsinin Rəhbəri Qita Rolans “Üç Əsas Xətt – müəssisələrin sabitliyi üzrə uğurlu yanaşma”, “Prosper” şirkətinin direktoru Vüqar Səfərov “Korporativ Sosial Məsuliyyətin nəticəsi olaraq daha yaxşı brend imici və reputasiya” , Turanbank ASC-nin Əməliyyat departamentinin direktoru və idarə heyətinin üzvü Kəmalə Mustafayeva Korporativ Sosial Məsuliyyət və müştəri sadiqliyi”, CaspianEventOrganisers MMC-nin icraçı direktor Bəhruz Hidayətzadə -Dayanıqlı inkişaf və korporativ sosial məsuliyyətin inkişafında tədbirlərin rolu, “Sağlam Ailə” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli “Korporativ Sosial Məsuliyyət və İctimai fəallıq“ adlı təqdimatlarla da çıxış ediblər.
Təqdimatlar beynəlxalq ekspertlər tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəsi Yaşar Həmzəyev bundan sonra Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığın daha da güclənməsinin zəruri olduğunu, eləcə də Korporativ Sosial Məsuliyyət mövzusunda geniş miqyaslı tədbirlər keçirilməsini gərəkli hesab edib.
Daha sonra mövzu ilə bağlı müzakirələr keçirilib.
Günel Yusifqızı