
Ukraynanın Azərbaycan Respublikasındakı Fövqaladə və səlahiyyətli səfiri A.P.Mişenko Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə müraciət ünvanlayıb, məktubda deyilir.
Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına Ukrayna Hökümətinin 2016-2017-ci illərdə özəlləşdiriləcək dövlət müəssisələrinin yeni siyahısını təqdim edir. Bu barədə sahibkarları məlumatlandırmağı məqsədəuyğun hesab edirik.
Ukrayna dövlət əmlak fondu 2 il ərzində 300-ə yaxın obyekt satmağı planlaşdırır. Bunlar arasında Azərbaycan şirkətləri üçün maraq kəsb edə biləcək investisiya baxımından cəlbedici müəssisələr çoxdur.
Potensial investorları bu obyektlərin satışı haqqında məlumatlandırmaq məqsədilə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi Sizi aşağıdakı materiallarla tanış olmağa dəvət edir.
Özəlləşdirmə üçün təsdiqlənmiş obyektlərin siyahısı ilə “Privatization in Ukraine 2016-2017” bukleti;
2016-cı ildə və 2017-ci ilin əvvəlində satış üçün təklif olunan, xüsusilə cəlbedici müəssisələr haqqında məlumatı tizerləri.
Azərbaycan tərəfinin maraqlandığı halda bütün məsələlər üzrə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin iqtisadiyyat şöbəsinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs:
Səfirliyin müşaviri Sidyaçenko Vadim Qriqoryeviç
Tel: (012) 449 40 92
e-mail: [email protected]