Sahibkarların nəzərinə !

20 avqust 2015

Sahibkarların nəzərinə !

Azərbaycan  Respublikası İqtisadiyyat və Sənaye  Nazirliyinin  13.08.2015-ci il tarixli, İSN-X/O-5834/2015  saylı  məktubunda  göstərilir  ki, Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixdə  iclası keçirilmişdir.

İclasın “Bakı şəhərində nəqliyyatın hərəkətinin  təkmilləşdirilməsi  üzrə əlavə tədbirlər haqqında” 1 saylı protokolunun  24-cü bəndinə əsasən  Bakı  şəhərində  iş vaxtının özəl sektorda  saat 07.30 – 08.00 radələrində, bank sektorunda isə saat  10.00-dan başlanmasının tövsiyə edilməsi Azərbaycan Respublikasının  Əmək və  Əhalinin  Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye Nazirliklərinə və Bakı şəhəri İcra  Hakimiyyətinə  tapşırılmışdır.

Odur ki, “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 1 saylı protokolun 24-cü bəndinə  uyğun olaraq  Bakı  şəhərində fəaliyyət göstərən özəl sektorda iş vaxtlarının yuxarıda göstərilən qaydada tətbiq olunmasını tövsiyə edirik.