Sahibkarların nəzərinə!

4 sentyabr 2015

Sahibkarların nəzərinə!

Hazırda  Almaniyada  hisə  verilmiş, duzlu  və  dondurulmuş  balıq  istehsalı  üzrə  aparıcı  yerlərdən  birini  tutan  alman  şirkətini  satın  almaq  imkanı  var.

Şirkət  1934 – cü  ildən  fəaliyyət  göstərir. İllik   dövriyyəsi  30 mln  avrodur , 400  nəfərlik personalı  vardır.  Məhsulunun  80 % Almaniyada  satılır , 4  əsas  brend  üzrə  işləyir  , çox  tanınmış alıcıları  vardır. “Aldi”  və “Netto”  kimi  mağaza  şəbəkələrinin  təqdim  etdiyi  keyfiyyət  sertifikatları  mövcuddur. Hisəvermə  texnologiyası  fıstıq  odunları    üzərində  olan  “köhnə” , sınanmış texnologiyadan ibarətdir , xammal  kimi  diri  balıqdan  istifadə  olunur. İstehsal  obyektləri  3  ölkədədir : Almaniya , Polşa , Türkiyə.

Şirkət  səhmlərinin  75 % ni  satmağa  hazırdır. Coğrafi  və  həcm  baxımından  biznesin  inkişafı  üçün  yaxşı  imkanlar  mövcuddur.  Belə  ki , şirkətin   satın  alınması  yeni  sahibkara ən  azından  2 müsbət məqam  vəd  edir.

  1. İnkişaf  perspektivli  olmaqla  Avropada  stabil  pul  dövriyyəsi
  2. Sanksiyaya  məruz  qalmış   Rusiya Federasiyasına yuksək  keyfiyyətli  qida  məhsulunun  ixracının  bərpa  edilməsi.