Sahibkarların nəzərinə!

1 dekabr 2015

Sahibkarların nəzərinə!

Prezidentin İşlər İdarəsinin təsis etdiyi “Respublika” qəzeti bildiyiniz kimi, ölkənin aparıcı KİV-lərindən biri olaraq Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri, iqtisadiyyat, mədəni əlaqələr məsələlərini  peşəkarlıqla işıqlandıran kütləvi–mətbuat orqanıdır. Həmçinin ölkəmizdə sahibkarlıq, sağlam biznes mühitinin bərqərarı ilə əlaqədar müxtəlif elmi nəzəri problemlər, maarifləndirici  və təlimat xarakterli yazılar, sahibkarlığın inkişafına dair fərmanlar, sərəncamlar, qanunlar  qəzet səhifələrində yer alır, onların şərhi verilir.

Azərbaycanda  dinamik inkişafının davam etdiyi məqamda Sizin rəhbərliyinizlə görülən işləri, uğurları və problemləri qəzet səhifələrində işıqlandırmağa, reklam və elanları dərc etməyə redaksiya heyəti tam hazırdır. Odur ki, Sizi  onlarla  qarşılıqlı əməkdaşlığa dəvət edir, 2016-cı il üçün abunə yazılmağınızın   səmərəli olacağına ümid edirik.