
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən Hindistanın Azərbaycandakı səfirliyi ilə birgə 12 fevral 2016- cı il tarixdə saat 11.00-da Bakı şəhəri, “Hyatt Regency” otelinin “Quba” zalında “MAKE İN İNDİA” adlı tədbir keçiriləcəkdir.
ASK–nın prezidenti Məmməd Musayev və Hindistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın iştirakı ilə keçiriləcək tədbirdə hər iki ölkədə sahibkarlıqda mövcud vəziyyət, investisiya, partnyorluq imkanları barədə təqdimatlar dinlənəcək və müzakirələr aparılacaqdır.