
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası (ASK) və Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) birgə təşkilatçılığı ilə sahibkarlarla B2G (Business to Government) dialoq görüşü keçirilib.
Görüş zamanı AzMİ-nin nəzdində fəaliyyət göstərən sınaq və yoxlanılma laboratoriyaları ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra sahibkarlara İnstitutun fəaliyyət istiqamətləri, mövcud infrastruktur, ölçmə və kalibrlənmə imkanları, o cümlədən metroloji xidmətin zəruri olduğu sahələr və beynəlxalq əməkdaşlıqlar haqqında məlumat verilib.
Görüş çərçivəsində sahibkarların təklifləri dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
