Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyası və biznes mühiti üzrə son xəbərlər

AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirib

AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirib

AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclasını keçirərək qida və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən üzv şirkətləri, dövlət qurumlarının nümayəndələrini və sahə ekspertlərini bir araya gətirdi. Görüşün məqsədi İşçi Qrupunun fəaliyyətə başlamasının rəsmi elan edilməsi, prioritet istiqamətlərin…

Sahibkarların təklifləri müzakirə edilib

Sahibkarların təklifləri müzakirə edilib

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir.…

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Pakistan İslam Respublikasının Pəncab əyalətində fəaliyyət göstərən Okara Ticarət və Sənaye Palatası arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və sahibkarlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Onlayn formatda təşkil olunan imzalama…

Ankara şəhərində qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

Ankara şəhərində qlobal halal bazarında Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin yeni fəaliyyət dövrünün ilk iclası (40-cı iclas) Türkiyənin paytaxtı Ankarada keçirilib. İclasda Azərbaycan sahibkarları ölkəmizi təmsil ediblər. Palatanın İdarə Heyətinin və Direktorlar Şurasının üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu…

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib. İclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın…

Siçuan vilayətinin sahibkarları Azərbaycanda işgüzar görüşlər keçiriblər

Siçuan vilayətinin sahibkarları Azərbaycanda işgüzar görüşlər keçiriblər

Çinin aparıcı sənaye və iqtisadi mərkəzlərindən biri olan Siçuan vilayətini təmsil edən sahibkarlar Azərbaycana işgüzar səfər ediblər. Səfər çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə B2B görüşlər təşkil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən ASK…

Baş Kollektiv Sazişdə əmək və sosial müdafiə sahəsi üzrə də mühüm öhdəliklər əksini tapır

Baş Kollektiv Sazişdə əmək və sosial müdafiə sahəsi üzrə də mühüm öhdəliklər əksini tapır

Bu günlərdə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq bağlanan 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş üçillik dövrdə Tərəflər arasında sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış…

Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

Aqrar sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib. Konfederasiyasının təşəbbüsü ilə baş tutan görüşdə hər iki qurumun müvafiq bölmələrinin rəhbər şəxsləri, aqrar və qida sənayesi sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Nazir Məcnun…

2026–2028-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb

2026–2028-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb. Sənədi Baş nazir Əli Əsədov, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev…

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlığı genişlənir

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlığı genişlənir

Azərbaycan və Macarıstan arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı və qarşıdakı prioritet istiqamətlər müzakirə edilib. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilən görüşdə Türk Dövlətlər Təşkilatının Macarıstan Nümayəndəliyinin icraçı direktoru Balaş Hendriç geniş məlumat verib. Konfederasiyanın rəhbəri Məmməd Musayev bildirib ki, Türk Dövlətlər…

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub. Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü…

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin sahibkarlarla görüşü olub

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvlərinin sahibkarlarla görüşü olub

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri arasında görüş keçirilib. Görüşdə sahibkarları maraqlandıran müxtəlif məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Eyni zamanada görüşdə qaldırılan məsələlərin işçi…