Xəbərlər

Azərbaycan Sahibkarlar Konfederasiyası və biznes mühiti üzrə son xəbərlər

Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 24-də Naxçıvan Sarayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.…

Bakıda “İqlimə Uyğunlaşma və Dövlət Maliyyə Dəstəyi” mövzusunda təlim keçirilib

Bakıda “İqlimə Uyğunlaşma və Dövlət Maliyyə Dəstəyi” mövzusunda təlim keçirilib

16 aprel 2026-cı il tarixində Bakı şəhərində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “İqlimə Uyğunlaşma və Dövlət Maliyyə Dəstəyi” mövzusunda təlim təşkil edilib. Tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilən “Şərq Tərəfdaşlığı Ölkələrində Yaşıl…

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Aprelin 10-da Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri olan iki – Özəl Tibb Müəssisələri Assosiasiyası (Ö.T.M.A.) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyaları (AHTTSA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbirdə özəl klinikaların nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları, media nümayəndələri, həmçinin dövlət…

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

10 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların…

DVX-də “Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvləri ilə görüş keçirilib

DVX-də “Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə assosiasiyalarla keçirilən silsilə görüşlər davam edir. Növbəti işgüzar görüş DVX-nin Vergi siyasəti baş idarəsi ilə “Azərbaycan Şərab İstehsalçıları…

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının (Şura) növbəti geniş iclası keçirilib. İclas maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə müzakirəsi məqsədilə təşkil olunub. Tədbirdə Şuranın üzvləri,…

Azərbaycan Sahibkarlar Konfederasiyasının daimi komissiyaları yenidən təşkil edilir!

Azərbaycan Sahibkarlar Konfederasiyasının daimi komissiyaları yenidən təşkil edilir!

Hörmətli Konfederasiya üzvləri, Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Konfederasiyanın bir neçə daimi komissiyasının yeni əsasnaməsi təsdiq edilmişdir. Qərarın 3.7-ci bəndinə əsasən, komissiyaların tərkibinin yenidən formalaşdırılması və işinin yenidən təşkili üçün əsasnamələrində nəzərdə tutulan tədbirlər həyata keçirilməlidir. Nəzərinizə çatdırmaq…

ASK Rəyasət Heyətinin illik iclası keçirilib

ASK Rəyasət Heyətinin illik iclası keçirilib

Martın 12-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin iclası keçirilib. İclasda Konfederasiyanın 2025-ci ildəki fəaliyyətinə dair hesabat və 2026-cı il üçün fəaliyyət planı müzakirə olunub. İclası açan ASK-nın prezidenti Məmməd Musayev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən…

Azərbaycan ilə Macarıstan arasında investisiya və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan ilə Macarıstan arasında investisiya və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Macarıstan arasında investisiya və iqtisadi əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Məmməd Musayev ölkələrimiz arasında siyasi və qardaşlıq münasibətlərinin…

İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib

26 fevral tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Məhkəmə və hüquq” sahəsinə və “Dövlət…

TCCI-ın 2026-cı il üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanda 2 tədbir keçiriləcək

TCCI-ın 2026-cı il üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanda 2 tədbir keçiriləcək

20 fevral 2026-cı il tarixində Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) İşçi Qrupunun iclası keçirilib. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılı çıxış edib. Tədbirə Qazaxıstan Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov rəhbərlik edib və Türk İnvestisiya…

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Müsəlman Ticarət Forumu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Müsəlman Ticarət Forumu arasında Anlaşma Memorandumu imzalanıb

Müqəddəs Məkkə şəhərində keçirilən beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Böyük Britaniyada fəaliyyət göstərən Müsəlman Ticarət Forumu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ASK-nın prezidenti Məmməd Musayev və Müsəlman Ticarət Forumunun sədri İqbal Sakrani tərəfindən imzalanıb.…